“Rusiya Baxmutda nizami qoşundan istifadə etməyə məcburdur. Çünki “Vaqner” muzdlu hərbi təşkilatı uğursuzluğa uğrayır, işinin öhdəsindən gələ bilmir”.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.
O bildirib ki, Baxmutda vəziyyət gərgindir: “Şəhərdə küçə döyüşləri gedir”.
S.Çerevatı Baxmutun nə qədər ərazinin Rusiyanın nəzarətində olduğunu açıqlamayıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Təxminən 6 aydır Donetsk vilayətinin Baxmut şəhərində Rusiya və Ukrayna qoşunları arasında gərgin döyüşlər gedir.