Ovanisyan: “Ermənistan öz maraqlarını rəhbər tutaraq NATO-nun hərbi təlimlərində iştirak edir”

A- A A+

“Ermənistan öz dövlət maraqlarını rəhbər tutur və silahlı qüvvələrinin döyüş hazırlığını artırmaq üçün hər şeyi edir”.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovanisyan parlamentdə keçirdiyi brifinqdə Ermənistan hərbçilərinin NATO-nun KFOR (Kosovo Qüvvələri) və “Saber Junction-2023” təlimlərində iştirakını və Rusiyanın buna reaksiyasını şərh edərkən bildirib.

"Mariya Zaxarovanın izahat tələb etməsi bir qədər anlaşılmazdır. Ermənistan strateji tərəfdaşı olan Rusiya ilə dostluq münasibətləri, eləcə də digər tərəfdaş ölkələrlə isti münasibətlər saxlayır. Ermənistan dövləti silahlı qüvvələrin inkişafı və döyüş hazırlığının artırılması üçün hər şeyi edir", - o bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistandan NATO ilə birgə təlimlərdə iştirakına aydınlıq gətirməsini istəyib. Onun sözlərinə görə, rəsmi İrəvanın öz ərazisində KTMT təlimlərini keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: