İrəvanda sakinlər hökumət binasının önünə toplaşıb, Paşinyanla görüş tələb edirlər

A- A A+

Ermənistanın paytaxtı İrəvanın Firdusi məhəlləsinin sakinləri hökumət binasının önünə toplaşıblar.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.

Lakin o, vətəndaşlarla görüşdən boyun qaçırıb. Hökumətdən bildiriblər ki, N.Paşinyan hazırda işdə deyil.

Sakinlərə baş nazirin onları gələn həftə qəbul edəcəyi vəd edilib. Amma vətəndaşlar bu gün görüşməkdə təkid edirlər.

Qeyd edək ki, 2015-ci ildə Ermənistan hökuməti prioritet maraqlardan çıxış edərək Firdusi məhəlləsindəki bir neçə ev və anbarı dağıtmaq qərarına gəlib. Məhəllə sakinlərinin əksəriyyəti kompensasiya alıb. Lakin bəzi sakinlər kompensasiyanın məbləğini qeyri-mütənasib hesab edərək evlərini tərk etməyiblər.

Bu ilin yanvarında İcbari İcra Xidmətinin əməkdaşları ekspertlərin qiymətləndirmə aparması üçün Firdusi məhəlləsində evlərin və anbarların qapılarını sındırıblar. Amma sakinlər ekspertlərin obyektivliyinə inanmayaraq onların hərəkətlərinin qarşısını alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: