Ukrayna daha 82 həlak olmuş hərbçisinin cəsədlərini qaytarıb

A- A A+

Bu gün Ukraynanı müdafiə edərkən həlak olmuş daha onlarca hərbçinin cəsədlərini qaytarmaq mümkün olub.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə Reinteqrasiya Nazirliyinə istinadla xəbər verir.

Nazirlikdən bildiriblər: “Bu gün həlak olmuş 82 Ukrayna hərbçisinin cəsədlərini ölkəyə qaytarmaq mümkün oldu”.

Qeyd edilib ki, cəsədlərin müvəqqəti işğal edilmiş Ukrayna ərazilərindən qaytarılması Reinteqrasiya Nazirliyi yanında itkin düşmüş şəxslərə dair müvəkkilin ofisinin və güc strukturlarının köməyi ilə həyata keçirilib.

Xatırladaq ki, Rusiya Federasiyası ilə ən çox sayda meyit mübadiləsi fevralın 2-də olub. O vaxt Ukraynanın 150-yə yaxın müdafiəçisinin cəsədlərini qaytarmaq mümkün olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: