"Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri 77 000-dən çox müharibə cinayəti törədilib".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
Onun sözlərinə görə, bu siyahıya qətllər, işgəncələr, deportasiyalar və s. daxildir: “Xüsusi tribunalın yaradılması savaşın ədalətli başa çatması üçün vacib məqamdır”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.