İsveç polisi sənaye casusluğunda şübhəli bilinən rusiyalı qadını saxlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi TV4 telekanalına istinadla xəbər verir ki, saxlanılan qadın “Preem” kompaniyasının Göteborq şəhərindəki neft emalı zavodunda işləyirdi.
Hadisə ilə bağlı bir neçə nəfər dindirilib, bəzi yerlərdə axtarış aparılıb. Göteborq polisi müvafiq əməliyyatın keçirildiyi barədə məlumatları təsdiqləsə də, ilkin istintaqın məxfiliyini əsas gətirərək insidenti şərh etməkdən yayınıb.