Fransa Prezidenti Emmanuel Makron pensiya islahatına dair qanunu imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə sənəd şənbə günü Fransa Respublikasının rəsmi qəzetində dərc olunub.
Yeni qanuna görə, minimum pensiya yaşı 62-dən 64-ə qaldırılıb.
Qeyd edək ki, ölkəni pensiya islahatı barədə qanunun qəbuluna qarşı kütləvi etiraz dalğası bürüyüb. Dünən Fransa Konstitusiya Şurasının pensiya islahatlarının əsas müddəalarını təsdiq etməsindən sonra bir sıra şəhərlərdə etirazçılarla polis arasında yenidən toqquşmalar baş verib.