Tramp dolların mümkün iflasını “ABŞ-nin böyük məğlubiyyəti” adlandırıb

A- A A+

ABŞ dollarının ehtiyat valyuta kimi mümkün iflası Birləşmiş Ştatların son 200 ildə ən böyük məğlubiyyəti olardı.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri ABŞ-nin sabiq prezidenti Donald Tramp İndiana ştatındakı bir tədbirdə səsləndirib. O, Çinlə Rusiyanın yaxınlaşmasını və Səudiyyə Ərəbistanının İranla diplomatik əlaqələrinin bərpasını ağlasığmaz adlandıraraq deyib: “Çin, İran, Şimali Koreya və Rusiya təhdidedici və dağıdıcı koalisiya formalaşdırıb”.

Cozef Bayden administrasiyasını növbəti dəfə sərt tənqid edən Donald Tramp vurğulayıb ki, ölkə rəhbərliyinin hazırkı siyasəti səbəbindən ABŞ “tarixin ən təhlükəli dövrünü” yaşayır.

2008-ci ildəki maliyyə böhranı barədə əvvəlcədən xəbər verən amerikalı iqtisadçı Nuriel Rubini dolların on il ərzində ehtiyat valyuta kimi tənəzzülə uğraya biləcəyini deyib. ABŞ-dən olan maliyyəçi, “Bridgewater Associates” kompaniyasının qurucusu Rey Dalio isə hesab edir ki, iqtisadiyyatda dolların və qloballaşmanın dominantlıq etdiyi dünya nizamı sona çatır, hazırda dünyanın əsas dövlətləri öz iqtisadi, maliyyə və hərbi bloklarını formalaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: