ABŞ Ukraynaya 5 milyard dollar yardım göstərəcək

A- A A+

Birləşmiş Ştatlar indiyə qədər Ukrayna hökumətinə Dünya Bankının mexanizmləri vasitəsilə 18 milyard dollar məbləğində büdcə yardımı təqdim edib. Sentyabr ayında daha 4,9 milyard dollar Ukrayna üçün əlçatan olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə ABŞ Dövlət Departamentinin məlumatına istinadla xəbər verir.

Məlumatda deyilir: “Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və başqa təşkilatların dəstəyi ilə yanaşı, bu maliyyələşdirmə Ukrayna hökumətinin öz vətəndaşlarına ən mühüm xidmətlər göstərməsinə imkan verəcək”.

Bundan əvvəl ABŞ 2023-cü ildə Ukrayna büdcəsinə qrantlar şəklində 9,9 milyard dollar yardım göstərməyi öhdəyə götürüb. Avropa İttifaqı Ukraynaya güzəştli kreditlər şəklində 18 milyard dollar həcmində makromaliyyə yardımı təqdim edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: