Hindistanın Maharaştra ştatında avtobus qəzası nəticəsində 13 nəfər həlak olub, 26 nəfər xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Rayqad rayonunda yerli vaxtla səhər saat 04:30-da baş verib.
Dövlətə məxsus və içərisində təxminən 40 nəfər olan avtobus yoldan çıxaraq xəndəyə aşıb. Hadisə yerinə gələn xilasedicilər və mülki şəxslər meyitləri avtobusdan çıxarıblar. Yaralılar xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, Hindistan dünyada nəqliyyat qəzalarında ölüm hallarının ən yüksək olduğu ölkədir. Qəzaların əksəriyyəti ehtiyatsız idarəetmə, yolların baxımsız, nəqliyyat vasitələrinin köhnə olması səbəbindən baş verir.