KİV: Paşinyan sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək etməmək barədə göstəriş verib

A- A A+

Ermənistan Baş naziri Nikol Paşinyan sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək etməmək barədə göstəriş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Nəşrin məlumatına görə, martın əvvəlində Almaniyaya səfər edən Ermənistanın Baş naziri Qərb ölkələrindəki tərəfdaşlarından "paralel ixracı dayandırmaq, Rusiyaya bank köçürmələrini kəsmək və Rusiyaya Qərbin sanksiyalarının öhdəsindən gəlməkdə kömək etməmək barədə xəbərdarlıq alıb".

"Baş nazir Paşinyan Ermənistana qayıdan kimi Mərkəzi Bankın sədri, hökumət üzvləri və Dövlət Gəlirləri Komitəsinin rəhbərinə Rusiyaya yardımı dayandırmağı tapşırıb.

Rusiyaya uçan sərnişinlərin baqajlarında İT texnologiyaları üçün lazım olan çipləri və aksesuarları daşımaması üçün hava limanında ciddi nəzarət yaradılıb",- nəşr bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: