Polşa Türkiyədən “Bayraktar TB-2” zərbə pilotsuz uçuş aparatlarının (PUA) ikinci partiyasını alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşak tviter səhifəsində yazıb.
“Yenicə Miroslavetsdəki 12-ci pilotsuz uçuş aparatları bazasında aparılan PUA sınaqları uğurla başa çatdı”, - o qeyd edib.
Nazir xatırladıb ki, 6 “Bayraktar”dan ibarət ilk partiya 2022-ci ilin oktyabrında Polşaya təhvil verilib.