Bosniya və Herseqovina sərhədlərinin təhlükəsizliyini artırmaq üçün “Frontex”lə müqavilə imzalayacaq
Bosniya və Herseqovina sərhədlərinin təhlükəsizliyinin artırılması məqsədilə Avropa Sərhədlərinin Mühafizəsi Agentliyi (“Frontex”) ilə müqavilə imzalayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç deyib.
Sənədlə bağlı işlərin son mərhələdə olduğunu deyən nazir bu müqavilə sayəsində “Frontex”in əməkdaşlarının yerli sərhədçilərlə birgə xidmət aparacağını bildirib.
Qeyd edək ki, son dövrlərdə Qərbi Balkan marşrutu ilə Avropa İttifaqı (Aİ) ölkələrinə qeyri-qanuni miqrasiya kəskin artıb. “Frontex” regiondakı digər ölkələrin də qeyri-leqal mühacir axınının qarşısının alınması üçün müvafiq müqavilələr imzalamasını istəyir.