Yaponiyada qəzaya uğrayan hərbi helikopterin beş ekipaj üzvünün cəsədi tapılıb

A- A A+

Xilasedicilər aprelin 6-da Okinava prefekturasının cənubundakı Miyako adası yaxınlığında qəzaya uğrayan yüksək rütbəli hərbçiləri daşıyan Yaponiya hərbi helikopterinin ekipajının beş üzvünün cəsədini aşkar ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumata görə, axtarış qrupu qəzaya uğrayan helikopterin qalıqlarını da tapıb.

Qəza zamanı təyyarədə 2 pilot və Kumamoto prefekturasında yerləşən Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin 8-ci diviziyasının komandiri də daxil olmaqla 10 nəfər olub. Helikopter patrul üçün Miyako adasından havaya qalxıb. Uçuşun müddəti təxminən bir saat olmalı idi. Göstərilən ərazidə hava şəraiti normal olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: