Ukrayna 130 hərbçisini əsirlikdən geri qaytarıb

A- A A+

Pasxa bayramında Ukrayna və Rusiya arasında əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Mübadilə nəticəsində 130 ukraynalı hərbçi əsirlikdən azad edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, hərbçilər, sərhədçilər, milli qvardiyaçılar, dənizçilər, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin əməkdaşları Vətənə qaytarılıb. Mübadilə bir neçə mərhələdə baş tutub.

“Baxmut, Soledar, Zaporojye, Xerson istiqamətlərində əsir düşən sıravi əsgər və çavuşlar azad edilib”, - deyə A.Yermak bildirib.

Azad edilən əsgərlər arasında 48-i itkin düşmüş sayılırdı. Xilas edilənlərdən bəziləri yaralıdır. Baxmut şəhəri ərazisində döyüşmüş iki qardaş da əsirlikdən azad edilib. Azadlığa buraxılan müdafiəçilərin ən böyüyünün 58, ən kiçiyinin 21 yaşı var.

Müharibənin başlanmasından sonuncu mübadiləyə qədər artıq 2017 ukraynalı əsirlikdən azad edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: