BMT-nin Ümumdünya Ərzaq Proqramı Sudanda işlərini dayandırıb

A- A A+

BMT-nin Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.

“Biz təhlükəsizlik vəziyyətini öyrənərkən Sudandakı bütün əməliyyatları müvəqqəti olaraq dayandırmaq məcburiyyətindəyik. Ümumdünya Ərzaq Proqramı kəskin ərzaq təhlükəsizliyi ilə üzləşən Sudan xalqına kömək etmək öhdəliyi götürür, lakin əməkdaşlarımızın təhlükəsizliyinə zəmanət verilməzsə, biz həyat qurtaran iş görə bilmərik”, - bəyanatda deyilir.

Qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: