Kanada Rusiyadan müsadirə etdiyi An-124 “Ruslan” təyyarəsini Ukraynaya təhvil verəcək. Bu, Kanadanın Rusiya müəssisələrinə qarşı yeni sanksiyalarının bir hissəsi kimi gerçəkləşdiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz feysbuk səhifəsində məlumat verib.
“Kanadadan Rusiyaya qarşı yeni sanksiyalar paketi. Xüsusən “Volqa-Dnepr” şirkətinə qarşı. Biz təcavüzkarın Kanadadakı An-124 təyyarəsini və digər aktivlərini müsadirə edib Ukraynaya ötürülməsinə hazırlaşırıq”, - Şmıqal yazıb.