Ukraynanın müdafiə naziri Türkiyədən üzr istəyib

A- A A+

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov ölkəsindəki müharibədə həlak olanların sayı ilə Türkiyədə dağıdıcı zəlzələdə ölənlərin sayını müqayisə etdiyi fikirlərinə görə rəsmi Ankaradan üzr istəyib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, nazir tviterdə yazıb ki, ukraynalılar türk xalqına rəğbət bəsləyirlər.

“Biz minlərlə günahsız insanı dəfn etməyin nə olduğunu başa düşürük”, - o bildirib.

O.Reznikov həmçinin müharibənin ilk günündən Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

“Ukraynada və Türkiyədə olan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm”, - nazir vurğulayıb.

Qeyd edək ki, O.Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib ki, müharibədə həlak olan ukraynalı hərbçilərin sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından azdır.

Xatırladaq ki, bu il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində 50 mindən çox insan həlak olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: