Bu gün İsveçdə NATO ölkələrinin iştirakı ilə “Avrora-23” hərbi təlimləri start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İsveç Müdafiə Nazirliyi bu təlimlərin son 25 il ərzində ölkə ərazisində keçirilən ən iri hərbi manevrlər olduğunu bildirib.
Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin iştirak edəcəyi təlimlərin məqsədi İsveçə silahlı hücumun qarşısının alınması üçün məşq hesab olunur. Təlimlərə ABŞ, Böyük Britaniya, Avstraliya, Almaniya, Danimarka, Latviya, Litva, Norveç, Polşa, Ukrayna, Fransa, Finlandiya, İsveç və Estoniyadan 26 min hərbçi qatılacaq.
Manevrlər, əsasən ölkənin cənub və şimalındakı sərhədyanı rayonlarında, həmçinin Qotland adasında keçiriləcək və mayın 11-dək davam edəcək.