İranda 120 min uşaq işçi var

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İSNA İranın Rifah təşkilatının hesabatına istinadən xəbər verir.

Hesabatda ölkədə 120 min uşaq işçi olduğu açıqlanıb və bildirilib ki, hazırda uşaqların zibil yığılmasına cəlb olunmasında artım müşahidə edilir.

Hesabata görə ötən il 14 500 küçə uşağı müəyyən edilib ki, onlardan 10 500-ə yaxını sosial yardım təşkilatının xidmətlərindən istifadə edib, qalanları isə bu xidmətlərdən yararlanmaq istəməyib.

Təşkilat işləyən və küçə uşaqlarının yığılmasının əleyhinə olduğunu vurğulayıb. Təşkilat hesab edirik ki, bu uşaqları toplamaq onların problemini həll etməyəcək. İşləyən və küçə uşaqlarının problemlərini kökündən həll etmək lazımdır.

Bildirilib ki, bu uşaqları 2-3 həftəyə küçələrdən yığmaq olar. Lakin bununla onların problemi həll olunmayacaq. Belə ki, əgər onlar yeniyetmə yaş qrupundadırlarsa, narkotik vasitələrin satışı və daşınmasında istifadə oluna bilərlər, daha kiçikdirlərsə, digər təhlükəli işlərə girə bilərlər.

Qeyd edək ki, İranda işləyən uşaqların sayının artması son illər ölkədə iqtisadi vəziyyətin pisləşdiyi bir vaxta təsadüf edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: