Yəhudi xalqı II Dünya müharibəsinin əvvəlindən 83 il sonra öz sayını bərpa edə bilməyib

A- A A+

Yəhudi xalqı II Dünya müharibəsinin əvvəlindən 83 il sonra öz sayını bərpa edə bilməyib. İsrail Mərkəzi Statistika Bürosunun dərc etdiyi məlumata görə, həmin fəlakət və qəhrəmanlıq günündən sonra bu gün dünyada cəmi 15,3 milyon yəhudi var. 1939-cu il sentyabrın 1-də onların sayı 16,6 milyon nəfər olub. Müharibənin başa çatmasından üç il sonra isə yəhudilərin sayı 11,5 milyon nəfər idi.

NUHÇIXAN İnformasiya Agentliyi İsrail KİV-lərinə istinadla xəbər verir ki, İkinci Dünya müharibəsi, İsrailin təşəkkül tapması və SSRİ-nin süqutu yəhudi demoqrafiyasında ən mühüm hadisələr sayılır. Həmin hadisələr nəticəsində yəhudilərin yaşadığı məkan Avropadan İsrailə doğru dəyişib. Belə ki, 1939-cu ildə Fələstinin mandatı olan ərazidə 449 min yəhudi yaşayırdı və bu, bütün dünyadakı yəhudilərin cəmi 3 faizini təşkil edirdi. Bu gün İsraildə 7 milyon əhali var. Bu, dünya yəhudilərinin təxminən 46 faizidir.

Hazırda ABŞ-da 6 milyon, Fransada 442 min, Kanadada 394 min, Böyük Britaniyada 292 min, Argentinada 173 min, Rusiyada isə cəmi 153 min yəhudi var. Keçmişdə yəhudilərin (aşkenazlar) mərkəzi olan Şərqi Avropa isə, ümumiyyətlə, yəhudi xəritəsindən silinib.

Müharibə illərində və ondan üç il sonra Fələstinin yəhudi əhalisi 200 min nəfər artıb, Holokost zamanı itkiləri nəzərə aldıqda isə, bu ərazidə dünya yəhudilərinin 6 faizi yaşayırdı. Yeddi milyon İsrail yəhudilərinin 5,6 milyon nəfəri bu ölkədə doğulub, 1,4 milyonu isə xarici ölkələrdə (onlardan 1 milyonu ABŞ və Avropada) dünyaya gəlib.

Holokostu yaşamış yəhudilərin 4,5 faizi hələ İsrail dövləti təşəkkül tapmamış Fələstinə gəlib. Onlardan 31,7 faizi 1948-1951-ci illər, 29,7 faizi isə 1952-1989-cu illərdə qayıdıb. Holokost dəhşətlərini yaşamış yəhudilərin ən böyük hissəsi 1990-cı illərdə SSRİ-nin süqutundan sonra repatriasiya dalğası ilə İsrailə gəlib. Burada söhbət Fəlakəti yaşamış 34,1 faiz yəhudidən gedir.

Aprelin 17-də İsraildə Avropa və Şimali Afrika yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü tədbirləri başlayır. Bu gün nasistlərin və onların əlaltılarının qətlə yetirdikləri 6 milyon yəhudinin xatirəsi anılır. Bu ilki matəm tədbirləri yəhudi müqavimətinə və Varşava gettosunda üsyanın 80 illiyinə həsr olunub.

Bu il ilk dəfə olaraq, Yad Vaşem memorialı “Şem Vener” assosiasiyası ilə birgə “İzkor” qəsrində xatirə şamlarının yandırılması mərasimi təşkil edir. Əsas aksiyada iştirak edən tamaşaçılar yerli vaxtla saat 17:30-da hər bir Holokost qurbanının adına anım şamı yandıracaq. Mərasimdə iki dəqiqəlik sükut elan ediləcək, əklillərin qoyulması mərasimi keçiriləcək. Saat 13:00-da “Hər kəsin öz adı var” adlı mərasim təşkil olunub, 20:00-da isə Holokost Gününə həsr olunmuş yekun mitinqi olacaq.

Geniş ictimaiyyətə Yad Vaşem (Qüdsdəki Varşava gettosunda üsyan meydanı) meydanında həlak olanların adları ilə şam yandırması təklif olunacaq. Bundan sonra 35-ci “Həyat marşı” zamanı dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə insan Varşava gettosunda üsyanın 80-ci ildönümünə həsr olunmuş “Holokostda yəhudi qəhrəmanlığı və insan ruhu”nu qeyd edəcəklər. Bu il iştirakçıların arasında yəhudi gizli təşkilatları üzvlərinin nəvələri də olacaq.

Builki marşa İsrail və dünyanın müxtəlif ölkələrindən Holokost fəlakətini yaşamış 42 nəfər, həmçinin İsrail hökumətinin yüksəkvəzifəli şəxsləri başçılıq edəcəklər. Mərasimdə ilk dəfə Şimali Afrika yəhudilərinin xatirəsinə məşəl alovlanacaq.

Son statistik məlumatlara əsasən, İsraildə Holokost faciəsini yaşamış 148 763 nəfər var. Onlardan 61 faizi qadınlar, 39 faizi kişilərdir. Bu insanların arasında 90 yaş və daha böyük olanlar 66 faiz təşkil edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: