Çində fabrikdə baş verən yanğında 11 nəfər ölüb

A- A A+

Çinin Cıcıan vilayətində fabrikdə baş verən yanğın nəticəsində ən azı 11 nəfər ölüb.

NUHÇIXAN İnformasiya Agentliyi yerli polisin məlumatına istinadla xəbər verir ki, hadisə aprelin 17-də Cinhua şəhərinin Uyi rayonunda Fenhuanşan sənaye parkında baş verib.

Güclü yanğının söndürülməsi ancaq aprelin 18-də səhər erkən saatlarda mümkün olub. Binada 11 nəfərin meyiti tapılıb.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: