Erməni deputat: “Hakimiyyətin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır”

A- A A+

"Ermənistan hakimiyyətinin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan feysbukdakı səhifəsində yazıb.

“Birləşmiş Ştatlara 10 günlük işgüzar səfərimin nəticələrinə yekun vuraraq, bir çox partiya, ictimai və populyar görüşlər keçirərək, qeyd etməyi zəruri sayıram ki, müharibədən (44 günlük müharibə-red) sonra ölkədəki mövcud vəziyyətə görə diaspor məyusluq və qeyri-müəyyənlik vəziyyətindədir.

Erməni diasporunun potensialı və imkanlarından nəinki tam istifadə olunmur, əksinə, mövcud hakimiyyətin antimilli siyasəti nəticəsində onlar ölkədən uzaqlaşdırılıb”, - Ermənistan parlamentinin üzvü qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: