İsveç Finlandiyanın “Patria” qrupu ilə zirehli transportyorların yaradılması və təchizatı üçün razılıq əldə edib

A- A A+

İsveç Müdafiə Nazirliyi Finlandiyanın “Patria” qrupu ilə yeni nəsil çoxfunksiyalı zirehli döyüş maşınının yaradılması və tədarükü ilə bağlı razılıq əldə edib. Beləliklə, İsveç Finlandiya, Almaniya və Latviyanın da iştirak etdiyi maşınların yaradılması layihəsinə qoşulub.

NUHÇIXAN İnformasiya Agentliyi İsveç KİV-lərinə istinadən xəbər verir ki, birgə proqramın həyata keçirilməsi nəticəsində “Patria 6x6” zirehli döyüş maşını üzərindən yeni proqram iştirakçılarının tələblərini nəzərə alan vahid nəqliyyat platforması yaradılır. Çərçivə sazişi birgə istehsal ilə yanaşı, krallığın ehtiyacları üçün bu zirehli maşının alınmasını da nəzərdə tutur. İlk mərhələdə İsveç 20 zirehli transportyor partiyası ilə təchiz ediləcək.

İsveçdə Panzerterrängbil 300 adı altında klassifikasiya ediləcək yeni zirehli transportyor 10 nəfərə qədər hərbçini təhlükəsiz şəkildə daşıya biləcək. Modul platforması üzərində yaradılması səbəbindən, bu zirehli transportyor ehtiyac olduqda digər sahələrdə istifadə üçün yenidən konfiqurasiya edilməsinə imkan verir. Zirehli döyüş maşınının mərmi parçalarından və düşmən atəşindən müdafiəni təmin edə bilən İsveç istehsalı zireh və güclü mühərrik ilə təchiz ediləcək. Müasir texnologiyalardan geniş şəkildə istifadə etməklə yaradılan zirehli transportyorda 100 km/saat sürət yığmaq və su maneələrini dəf etmək imkanı verir.

Yeni texnikanın hər ədədi İsveçə 11 milyon kron (973 min avrodan çox) başa gəlir. Əldə edilən platformanın yaxın bir neçə onillikdə İsveç Silahlı Qüvvələrinin yeni zirehli maşınlar parkının əsasını təşkil edəcəyi gözlənilir. Belə ki, bu zirehli döyüş maşınları krallığın müdafiə büdcəsinə əlavə vəsait ayrılması nəticəsində yaranan yeni hərbi bölmələrin texnika ilə təmin edilməsində böyük rol oynayacaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: