Ermənistanın keçmiş baş nazirinə qarşı ittiham irəli sürülüb

A- A A+

Ermənistanın keçmiş baş naziri Ovik Abramyana qarşı ittiham irəli sürülüb.

NUHÇIXAN İnformasiya Agentliyi “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, çirkli pulların yuyulması və vəzifəli şəxs kimi şirkət idarə etməkdə ittiham olunur.

Məlumata görə, Ovik Abramyan etibarlı şəxslər vasitəsilə qum hasilatı ilə məşğul olan “Avazaatik” şirkətinin idarə olunmasında iştirak edib. Bu şirkət vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakı da qanuniləşdirib. Ovik Abramyanın cinayət işinə qardaşı Henrik Abramyan, polis rəisi Alik Sarkisyan və başqaları da cəlb olunub.

Qeyd edək ki, Ovik Abramyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: