Türkiyə ordusu İraqın şimalında terrorçuların əsas sığınacağını dağıdıb

A- A A+

“Aprelin 17-də hərbçilərimiz İraqın şimalındakı Zap adlı ərazidə terrorçuların “Qala” adlandırdığı, girilməsi mümkünsüz kimi səciyyələndirdiyi “Çemçö” adlı mağaraya daxil olublar”.

NUHÇIXAN İnformasiya Agentliyi “Hürriyət”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, əməliyyat nəticəsində 12 terrorçu məhv edilib: “Həmçinin xeyli sayda silah-sursat ələ keçirilib. Türkiyə başda İraq və Suriya olmaqla bütün qonşularının ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması labüddür”.

Nazir söyləyib ki, Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfi terrorçulardır: “İŞİD müsəlmanları təmsil etmədiyi kimi, PKK da kürt qardaşlarımızı təmsil etmir. Bəziləri bizim əməliyyatlarımızın kürd qardaşlarımıza qarşı olduğuna dair rəy yaratmaq istəyirlər. Türklər və kürdlər qardaşdır. Biz minlərlə ildir ki, birlikdə yaşayırıq, Cümhuriyyəti birlikdə qurduq. Kimsə dostluğumuzu, qardaşlığımızı parçalaya bilməz. 85 milyon tək yumruq, tək ürəkdir”.

H.Akarın sözlərinə görə, Türkiyə terrorla mübarizəni davam etdirəcək: “Türkiyənin daha da böyüməsi, güclənməsi üçün lazımi addımları atırıq. Bu sahədə ən böyük təhdid terrorçulardır. Terrorçuların hamısını məhv edəcək, xalqımızı bu bəladan qurtaracağıq. Bu mövzuda qətiyyətliyik. Terrorçuların hücumları cavabsız qalmayacaq. Hərbçilərimiz çətin relyef şəraitində mübarizələrini davam etdirirlər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: