Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanətlə bağlı cinayət işi çərçivəsində ifadə verib.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bunu Ermənistan parlamentində hökumətin 2022-ci il proqramının icrasına dair hesabatın müzakirəsində bildirib.
“Bəli, mən əhatəli sorğulanmışam. Nə qədər lazımdırsa, o qədər də sorğulayacaqlar”, - o vurğulayıb.
Paşinyan müxalifəti 44 günlük müharibəni araşdıran komissiyanın iclasında iştirak etməyə çağırıb: “Sizə müraciət edirəm: gəlin və məni komissiyada sorğulayın”.