“Apple” Hindistanda ilk flaqman mağazasını açıb

A- A A+

ABŞ-nin “Apple” kompaniyası Hindistanda ilk flaqman mağazasını açıb.

NUHÇIXAN İnformasiya Agentliyi Associated Press agentliyinə istinadla xəbər verir ki, sahəsi iki min kvadratmetrə yaxın olan mağaza Mumbay şəhərində yerləşir. Daha bir mağaza isə aprelin 20-də Dehlidə açılacaq.

“Apple” kompaniyası Hindistanda 25 ildən artıq fəaliyyət göstərdiyinə baxmayaraq, indiyə qədər öz məhsullarını orada riteylerlər vasitəsilə satıb. Flaqman mağazasının açılışı isə tənzimləyici faktorlar və koronavirus pandemiyası səbəbindən uzun müddət idi ki, təxirə salınırdı.

“Counterpoint” tədqiqat mərkəzinin məlumatına görə, 2020-2022-ci illərdə “Apple” kompaniyasının Hindistanın smartfon bazarındakı payı 2 faizdən 4 faizə qalxıb. Bu ölkədə hər il 13 milyon ədəd və ya dünya üzrə “iPhone” buraxılışının 6 faizi istehsal olunur. Kompaniya yaxın beş ildə Hindistanda ümumi istehsalat həcmini 25 faizə çatdırmağı planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: