Ukrayna Belarusdakı səfirini geri çağırıb

A- A A+

Ukrayna Xarici İşlər Nazirliyi bir gün əvvəl Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri vəzifəsini icra edən Denis Puşilin arasında keçirilən görüşdən sonra Belarusdakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

"Ukrayna Xarici İşlər Nazirliyi Ukraynanın Belarus Respublikasındakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi tərəflər arasında aparılan danışıqları “açıq-aşkar qeyri-dost hərəkət” adlandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: