Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin ilk Prezidenti Levon Ter-Petrosyanın tələbinə reaksiya verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Sputnik Armenia” bildirib.
Simonyan Erməni Milli Konqresinin onun istefası üçün platforma yaratmaq təşəbbüsü ilə bağlı fikir bildirərək deyib ki, diqqət mərkəzində olmağa artıq öyrəşib:
"Bu qüvvə öz siyasi çəkisini çoxdan itirib. Əgər mənim istefam tələbi onların aktivləşməsinə səbəb ola bilərsə, o zaman mən onlara kömək etməkdən məmnunam".