ABŞ qırıcıları Rusiyanın iki “Tu-95” strateji bombardmançı təyyarəsini nəzarətə götürüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NOPAD) mətbuat xidməti məlumat yayıb.
NOPAD personalı Alyaska Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olan və fəaliyyət göstərən iki Rusiya təyyarəsini aşkarlayıb, izləyib, dəqiq təsbit edib və nəzarətə götürüb. Bildirilib ki, nəzarətə götürmə “F-16” və “F-22” qırıcıları tərəfindən gerçəkləşdirilib.
Rusiya təyyarəsi beynəlxalq hava məkanında qalıb və ABŞ ilə Kanadanın hava məkanına daxil olmayıb. Komandanlıq qeyd edib ki, bu cür uçuşlar mütəmadi baş verir və təhlükə və ya təxribat xarakterli hərəkətlər hesab edilmir.