Ermənistan parlamentində dava düşüb - VİDEO
Ermənistan parlamentində dava düşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Novosti Armenia” yayıb.
Bildirilib ki, müxalif deputat Taqui Tovmasyan hökumətin fəaliyyətini tənqid etdikdən sonra siyasi aksiya keçirmək məqsədilə tribunadan düşməyib.
Parlamentin təhlükəsizlik xidmətinin əməkdaşları onu iclas zalından zorla çıxarıb. Bu zaman deputatlarla təhlükəsizlik əməkdaşları arasında mübahisə yaranıb.
Ermənistan parlamentinin sədri Alen Simonyan hadisə ilə əlaqədar müxalifətdən olan 10 deputata töhmət verib. Onlar günün sonunadək parlamentin iclasına buraxılmayacaq.