“Tesla” 2023-cü ildə tam avtopilotlu elektromobil istehsal edəcək

A- A A+

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” artıq bu il tam avtopilotlu idarəetmə texnologiyasını tətbiq edə bilər.

NUHÇIXAN İnformasiya Agentliyi “Praym”a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask bildirib.

“Düşünürəm ki, biz bunu bu il edəcəyik. Tendensiya çox aydın şəkildə tam avtonom idarəetməyə, tam muxtariyyətə doğru gedir”, - İ.Mask deyib.

Hazırda “Tesla” elektromobillərinin avtopilot xüsusiyyətləri sürücünün iştirakı ilə istifadə olunmaq üçün nəzərdə tutulub və maşını tam avtonom etmir.

İ.Maskın rəhbərlik etdiyi ABŞ-ın “Tesla Motors” şirkəti 2003-cü ildə elektrikli avtomobillər və onlarla əlaqəli texnologiyaların hazırlanması və istehsalçısı kimi təsis edilib. Şirkət elektrikli nəqliyyat vasitələri ilə yanaşı, öz texnologiyasından istifadə edərək batareyalar və elektrik mühərrikləri də istehsal edir və onları digər avtomobil şirkətlərinə, o cümlədən “Toyota” və “Daimler”ə satır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: