Danimarka və Niderland Ukraynaya 14 ədəd Leoperd-2 tankı verəcək

A- A A+

Danimarka ilə Niderland birlikdə Ukraynaya 14 ədəd Leoperd-2 tankı tədarük edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

“Niderland və Danimarka birlikdə 14 ədəd Leoperd-2A4 tankı almaq, onları təmir etmək və Ukraynaya təhvil vermək barədə qərar qəbul edib. Həmin tanklar Ukraynaya 2024-cü ilin əvvəlindən başlayaraq tədarük olunacaq. Layihənin 165 milyon avroluq xərci ölkələrimiz arasında bərabər bölünəcək”, - deyə Danimarka və Niderlandın birgə bəyanatında bildirilir.

Hərbi yardımın Danimarka tərəfindən ödəniləcək hissəsi “Ukrayna fondundan” maliyyələşəcək. Ölkə parlamenti üzvlərinin böyük əksəriyyəti bu təşəbbüsü dəstəkləyib.

Qeyd edək ki, fevral ayında Danimarka hökuməti Kiyevə azı 100 ədəd Leopard 1A5 tankının tədarükü üzrə Almaniya və Niderlandla əməkdaşlığa başlayıb. İlk tanklar artıq yaxın həftələrdə Ukraynaya göndərilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: