Yəməndə Ramazan tədbirində yaranan izdihamda 78 nəfər ölüb

A- A A+

Yəmənin paytaxtı Sənada Ramazan xeyriyyə tədbirində atışma və elektrik stansiyasında partlayış baş verib. Bunun nəticəsində izdihamda 78 nəfər həlak olub, 73 sakin yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, husi qiyamçılarının nəzarəti altında olan Sənada ərzaq yardımı almaq üçün basabas salan insanları dağıtmaq üçün havaya atəş açılıb. Yaxınlıqdakı elektrik stansiyasına isə qumbara atılıb. Təşvişə düşən insanlar bir-birini əzib və böyük faciə baş verib. Husilər xeyriyyə tədbirinin keçirildiyi məktəb binasını mühasirəyə alıb və jurnalistlərin yaxınlaşmasının qarşısını alıblar.

Husi qiyamçılarının baş qərargahı bəyan edib ki, atış açan şəxslər axtarılır. Həlak olanların ailə üzvlərinə 2 min dollar, yaralılara isə 400 dollar təzminat ödəniləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: