Peskov: Rusiya Ukraynanın Moskvadakı səfirliyi ilə bağlı müvafiq tədbirlər görəcək

A- A A+

Rusiya Ukraynanın Moskvadakı səfirliyi ilə bağlı müvafiq tədbirlər görəcək. NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Putinin sözçüsü Kiyevin Rusiya səfirliyi ilə icarə müqaviləsini ləğv etməsinə Rusiyanın mümkün cavabı barədə danışarkən qeyd edib ki, Ukraynanın diplomatik missiyasının tərkibində torpaq var və bununla bağlı müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Kiyev şəhər şurası Rusiya səfirliyinin binasının yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsini ləğv edib və Ukrayna hökumətini binanı müsadirə etməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: