Medvedev Almaniyanın müdafiə nazirini Berlində parad keçirməklə hədələyib

A- A A+

“Rusiyaya hücum etmək istəyən” Almaniyanın müdafiə naziri Boris Pistorius Berlindəki Rusiya paradına hazırlaşmalıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev tviterdə yazıb.

“Almaniyanın müdafiə naziri heç düşünmədən bizim ərazimizdəki hərbi əməliyyatlar haqqında nəsə çərənləyib. O, şübhəsiz, Üçüncü Reyxin hərbi rəhbərlərinin şöhrətinə paxıllıq edir”, - Medvedev qeyd edib.

Təhlükəsizlik Şurasının sədr müavini Pistoriusa tarixi xatırlamağı tövsiyə edib və əlavə edib: “Rusiyaya hücum etmək istəyən alman Berlindəki paradımıza hazır olmalıdır”.

Xatırladaq ki, daha öncə Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin ZDF telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə edilən zərbələri “tamamilə normal” hesab etdiyini bildirib. “Nə qədər ki, şəhərlər, dinc insanlar, mülki obyektlər hücuma uğramayıb, bununla barışmaq gərəkəcək”, - o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: