Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmaların başlamasından bəri 250-dən çox dinc sakin ölüb, 1454 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Sudan Həkimlər İttifaqı məlumat verib.
Qeyd edilib ki, toqquşmalar başlayandan bəri ölən mülki vətəndaşların sayı 256-ya yüksəlib.
Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.