Portuqaliya Ukraynaya beş qəza-xilasedici və tibbi zirehli maşın verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Portuqaliyanın milli müdafiə naziri Helena Karreyras tviterdə bildirib.
Ramştayn formatında keçirilən görüşdə müvafiq qərar qəbul edilib.
“Portuqaliya Ukraynaya beş zirehli qəza-xilasedici və tibbi maşın göndərəcək - üç növ M113 və iki növ M577”, - o qeyd edib.