Keniyada aclıqdan ölən 21 nəfərin meyiti tapılıb

A- A A+

Keniya polisi Malindi şəhəri yaxınlığında 21 meyiti eksqumasiya edib, ölənlər arasında uşaqlar da var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Keniya polisi davamçılarına ölüm əmri verdiyi iddia edilən moizəçini araşdırır. Səlahiyyətlilər 21 nəfərin meyitini eksqumasiya edib və daha çox meyit tapacağını gözlədiklərini bildiriblər.

Moizəçi Pol Makkenzi Ntenqe həbsdədir və məhkəməni gözləyir. Polis aprelin 15-də özünü aclıqdan öldürən dörd nəfərin meyitini tapdıqdan sonra həmin şəxsi həbs edib. İddialara görə, o, davamçılarına “İsa ilə görüşmək” üçün ac qalmalarını söyləyib.

Onun insanlara oruc tutmağı əmr etməzdən əvvəl onları gölməçələrdə vəftiz etdiyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: