Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən qarşıdurmalarda 420 nəfər həyatını itirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib.
Qeyd olunub ki, silahlı qarşıdurmalarda 3 700 şəxs yaralanıb.
Bundan əvvəl Sudan Həkimlər İttifaqı bildirib ki, ölkədə silahlı toqquşmaların başlamasından bəri 260-dən çox dinc sakin ölüb, 1500 nəfər yaralanıb və 20 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.