Yeni Zelandiyada 7,2 bal gücündə zəlzələ olub. Zəlzələ Kermadek arxipelaqında qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Tauranqa şəhərindən 1012 kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə yerləşir.