Burkina-Fasonun şimalında yerləşən Karma kəndinə ölkənin silahlı qüvvələrinə aid forma geymiş şəxslərin hücumu nəticəsində 60-a yaxın adam ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “France-Presse” agentliyi yerli prokurora istinadla məlumat yayıb. Prokurorun verdiyi məlumata görə, hücum edənlər kənddən müxtəlif qiymətli əşyalar aparıblar. Hadisə Aorema kəndi yaxınlığında islamçılar olduğu iddia edilən hücumda 6 əsgər və 34 milisin öldürülməsindən bir həftə sonra baş verib.