ABŞ İnstitutu: "Rusiya Ukrayna əks-hücum əməliyyatlarına başlayana kimi Baxmutu tam ələ keçirməyə çalışır"
“Rusiya Silahlı Qüvvələri Ukrayna ordusu əks-hücum əməliyyatlarına başlayana kimi Donetsk vilayətinin Baxmut şəhərini tam ələ keçirməyə çalışır”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, “Vaqner” muzdlu hərbi təşkilatı Baxmutda ciddi itkilər verir:
“Gələcəkdə şəhərin ələ keçirilməsi mümkündür. Rusiya Müdafiə Nazirliyi Baxmutun mümkün qədər tez ələ keçirilməsində maraqlıdır. Buna görə də əvvəlki ziddiyyətə baxmayaraq, Müdafiə Nazirliyi “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə artıq əməkdaşlıq edir. Onlar Baxmutda koordinasiyalı davranırlar”.
Qeyd edək ki, 6 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.
Xatırladaq ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski əks-hücum əməliyyatlarının yaxın vaxtda başlayacağını bildirmişdi. Amma əməliyyatların başlayacağı konkret tarix açıqlanmayıb.