Serbiya vətəndaşlarını Sudandan təxliyə edir

A- A A+

Serbiya vətəndaşlarının silahlı münaqişələrin davam etdiyi Sudandan təxliyə edilməsinə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Serbiya Xarici İşlər Nazirliyi Sudandakı vətəndaşların beynəlxalq tərəfdaşların köməyi ilə təxliyə ediləcəyini açıqlayıb. Xartum şəhərindəki 11 nəfər Serbiya vətəndaşı üç qrup şəklində - 6 nəfər Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları, 4 nəfər BMT əməkdaşları, bir nəfər isə Türkiyə vətəndaşları ilə birlikdə təxliyə olunacaq.

Serbiya vətəndaşı olan yüzədək şəxsin isə Sudanda qalmağa qərar verdiyi bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: