Misirdə üzərində heroqlif yazılar olan daş lövhələr tapılıb - FOTOLAR

A- A A+

Misirin Qədim Abidələr Nazirliyi missiyasının arxeoloqları üzərində heroqlif yazılar olan bir qədər qədim daş lövhə aşkar ediblər. Onların bəzisinin yaşı təqribən 4 min ildir.

NUHÇIXAN Misir nazirliyinə istinadla xəbər verir ki, daş lövhələr Qahirənin şərqində Matariya rayonunda qazıntılar zamanı tapılıb.

Misir arxeoloqları bir neçə daş lövhənin fraqmentlərini aşkar ediblər. Onların üzərindəki yazılar müxtəlif dövrlərə, o cümlədən bəzi fraqmentlər XII sülaləyə aiddir. XX sülalə dövrünün, üçüncü keçid dövrünün artefaktları və daha gec dövrlərə aid obyektlər də aşkar edilib.

Mütəxəssislər yazıların şifrəsini açmağa başlayıblar. Alimlərin məlumatına görə, onlardan biri çox mühüm və adı tez-tez xatırlanan ilk tanrıya - Atuma işarə edir. Misirlilər eramızdan əvvəl 664-332-ci illər dövründə Nil çayının tez-tez daşaraq insanlara fəlakət gətirməsini bu tanrının adı ilə bağlayırmışlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: