İspaniyada 161 illik suvarma kanalları quraqlıq səbəbindən sıradan çıxacaq

A- A A+

İspaniyada yaşanan quraqlıq problemi səbəbi ilə ölkənin şərqindəki Kataloniya bölgəsində 70 min hektardan çox kənd təsərrüfatı sahəsini su ilə təmin edən Urgell kanalları 161 illik tarixində ilk dəfə sıradan çıxmaq təhlükəsi ilə üzləşib.

NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber”ə istinadla xəbər verir ki, kanalların bağlanmasının bu gün başladığını açıqlayan Kataloniya muxtar hökumətinin sözçüsü Patricia Plaja keçmişdə görünməmiş bir vəziyyətlə qarşılaşdıqlarını söyləyib: “Əgər mərkəzi hökumət kanalın modernləşdirilməsi üçün lazımi tədbirlər görməsə, biz əlimizdən gələni edəcəyik”.

Proqrama əsasən, 161 illik tarixində ilk dəfə bağlanan kanalların üç həftədən bir açılması, yay aylarında iki dəfə artan su sərfiyyatını qarşılamaq üçün kanalda hasar sistemindən istifadə edilməsi nəzərdə tutulur.

Bölgədəki fermerlər isə quraqlıq problemindən çox narahat olduqlarını və suvarmaların vaxtından əvvəl bağlanması nəticəsində yaranan iqtisadi itkiləri ödəmək üçün su ehtiyatlarına, idarəetmə planlarının nəzərdən keçirilməsinə və suyun saxlanması və paylanması infrastrukturuna daha çox investisiya qoyulmasına çağırıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: