İranın şimalında yerləşən Mazandaran əyalətində İslam Respublikasının dini liderini seçən Ekspertlər Şurasının üzvü Abbas Əli Süleymani qətlə yetirilib.
NUHÇIXAN İnformasiya Agentliyi Tasnim agentliyinə istinadla xəbər verir ki, cinayət Babolsar şəhərində törədilib. Polis siyasətçiyə qarşı sui-qəsd törədən şəxsi saxlayıb. Mazandaran əyalətinin təhlükəsizlik qüvvələri şura üzvünün qətlə yetirildiyini təsdiqləyib, lakin cinayətin motivləri bəlli deyil.
Abbas Əli Süleymani İranın dini lideri Ayətullah Xameneinin İsfahan əyalətinin Kaşan və Bəlucistan əyalətinin Sistan şəhərlərindəki nümayəndəsi vəzifəsini tuturdu.