Bu ilin birinci rübündə Çex Respublikasında cinayətlərin sayı 9 faiz artıb. İlin ilk iki ayında 51 282 cinayət faktı qeydə alınıbsa, ötən ilin eyni dövründə bu rəqəm 46 940 olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ölkədə iqtisadi cinayətlərin və qətllərin sayı artıb. Bu ilin üç ayı ərzində polis tərəfindən 47 qətl (o cümlədən ana tərəfindən yeni doğulmuş körpənin öldürülməsi faktı) qeydə alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12 hadisə çoxdur. Bununla belə, statistikaya təkcə törədilmiş cinayət əməlləri deyil, həm də adam öldürməyə cəhd və onun hazırlanması faktları da daxildir.
Bu cinayətlərin demək olar ki, yarısı açılıb.