Aprelin 27-də Rusiya Prezidenti Vladimir Putin Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğanla birlikdə “Akkuyu” AES-in birinci enerji blokuna nüvə yanacağının gətirilməsi mərasimində videokonfrans rejimində iştirak edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Akkuyu” AES Türkiyənin Mersin əyalətində Rusiyanın “Rosatom” korporasiyası tərəfindən 2010-cu ildə imzalanmış hökumətlərarası sazişə əsasən inşa edilir. Ümumi dəyəri 20 milyard dollar olan layihə çərçivəsində hər biri 1200 MVt gücündə dörd enerji blokunun tikintisi nəzərdə tutulub.